BST MMC

Əsas səhifə / Xidmətlər

Xidmətlər

İşlərimiz haqqında ümumi məlumat

“ BST “ MMC öz işlərini çox şaxəli istiqamətlərdə aparır. Bu istiqamətlər tikinti quraşdırma, sənaye tikintisi, qazlaşma xidmət sahələrini əhatə edir. Bu istiqamətin hər biri üçün ayrı ayrılıqda mühəndis və işçi tərkibi fəaliyyət göstərir. Bu sahələrin hər biri xüsusi sahə olduğu üçün hər birinə ayrı- ayrılıqda maddi-texniki baza yaradılmışdır. Müəssisə işlərini günün tələblərinə uyğun qurması , texnoloji proseslərin texniki cəhətdən düzgün və tam standartlara uyğun aparılması üçün çox ciddi bir mütəxəssis kollektivi yaratmışdır. Bu isə müəssisənin rəqabətə davamlı olması üçün zəmin yaradır. Bunlara əyani sübut müəssisəmizin Respublikanın ən ciddi dövlət qurumları ilə iş birliyində olmasıdır. Ona görədə “ BST” MMC 2006-cı ildə ölkənin tikinti sektorunda öz sözünü demiş və öz dəsti xətti olan bir müəssisədir. Müəssisənin spesifik sahə ilə məşğul olması və bu sahədə fərqli texnoloji proseslərin olması və bu proseslərin təşkil edilməsi ücün işlərin şaxəli qurulması zəruridir. Bütün bunların qurulması müəssisəmiz tərəfindən təmin edilmişdir. Müəssisənin Qazaxıstanın, Rusiyanın və Türkiyənin tikinti şirkətləri ilə iş birliyində olması bu gün işlərin fərqli bir statusdan qurulmasına köməklik edir. Bütün bunlar hamısı müəssisənin ciddi və rəqabətə davamlı bir təşkilat olması üçün əsas verir.

Xidmətlərimiz

Modern tikinti həlləri ilə bir addım öndə

Tikinti quraşdırma

BST MMC qaz paylayıcı stansiyaların quraşdırılması, magistral boru kəmərlərinin, magistral kanalizasiya xətlərinin çəkilişi və onların texnoloji prosesləri xidmətini təklif edir

Sənaye tikintisi

BST MMC sənaye və mülki obyektlərinin tikintisi, hidrotexniki qurğuların, su anbarlarının, çən və texnoloji rezervuarlarının tikintisini həyata keçirir

Təmir, Xidmət və Diaqnostika

BST MMC sənaye obyektlərində mexaniki hissələrin təmiri, quraşdırılması və diaqnostikasını həyata keçirir

Qazlaşma

BST MMC təbii və maye qaz obyektlərinin quraşdırılması, istismarı, diaqnostikası, təftişi və texniki sənədlərinin hazırlanmasını həyata keçirir