BST MMC

Əsas səhifə / Layihələr

Qazlaşma

Azəriqaz İB

BST MMC 2009-cu ildən ARDNŞ nin Azəriqaz İB ilə əməkdaşlıq edir. Müəssisə Xəzər rayonu Türkan kəndi, Qaradağ rayonu Lökbatan qəsəbəsi 4, 8a,6,7 qurd qapısı massivlərini, Buta qəsəbəsinin bir hissəsini, Stansı qaradağ yaşayış massivini, Qobustan qəsəbəsinin özü və 9 yaşayış massivini, Ələt qəsəbəsini Şıxlar yaşayış massivini, cənnət bağçılıq kompleksini, Qobustan qəsəbəsinin sayğaclamasını həyata keçirib.

Ucar Aqro

Ucar Aqro mərcan toyuqları becərmə kompleksinə 32 km daşıyıcı qaz xəttinin, daxili 18 km polad xətlərin quraşdırılması, paylayıcı stansiyanın yığılması müəssisəmiz tərəfindən həyata keçirilmişdir.

Garant Holding

Müəssisəmiz Garant Holddinglə 2014-cü ildən əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində 2015-ci ildə Quba Rixos otelin ( 13.5 daşıyıcı xəttinin və daxili qaz sistemi ) qaz təchizatı və qaz təsərrüfatını işləyib təhvil vermişdir.

T.Bəhrəmov adına Respublika Stadionu

2017-ci ildə T.Bəhrəmov adına Respublika Stadionunun qaz təsərrüfatı BST MMC tərəfindən yenidən qurulmuşdur.

Xidmət və iaşə müəssisələri

Müəssisə 200-dən artıq xırda iaşə və xidmət müəssisəsinin qazlaşmasını həyata keçirmişdir.

Yeni bina və qeyri-yaşayış obyektləri

Bakı şəhərində Qarabağ küçəsi 142, M.Hadi 54, Ü.Bünyadov 2a,2 , D.Bünyadzadə 39, Ş.Mahmurov 42, M.Xiyabani 33,,35.37, Abbas Mirzə Şərifzadə 134, H.B Zərdabi 59, N.Nərimanov pr 205 , Sumqayıt şəhərində Ə.Əliyev 36,38, K, Həsənli 24, H. Əmirli 11, A. Mustafayev 45 binaların qazlaşmasını həyata keçirmişdir.

Azərxalça QSC

2018-ci ildə BST MMC Azərxalça ASC-nin QAZAX, TOVUZ, AĞSTAFA, QƏBƏLƏ , İSMAYILLI, AĞDAM, QUBA və XAÇMAZ filiallarının qaz təsərrüfatını istismara vermişdir.

Azərşərab-3 QSC

2020-ci ildə BST MMC tərəfindən Ağsu rayonu ərazisində yerləşən Azərşərab-3 QSC-nin daşıyıcı xəttini və müəssisə daxili xətlərini çəkərək, qaz təsərrüfatı sistemini yenidən quraşdıraraq istismara təhvil vermişdir.