BST MMC

Əsas səhifə / Layihələr

Mexaniki hissələrin
təmiri və diaqnostikası

Hidro İnşaat Servis MMC

BST MMC Hidro İnşaat Servis MMC-nin sifarişi ilə Şəmkir su təmizləyici qurğular kompleksinin elektrik avadanlıqlarının torpaqlama və qurğuların və kabellərin izolyasiya müqavimətlərinin ölçülməsini həyata keçirmişdir.

Baker Hughes şirkəti

BST MMC Baker Hughes şirkəti ilə 2017-ci ildən əməkdaşlıq edir. Müəssisə şirkətin ərazisində istifadə olunan metal konstruksiyaların və digər təzyiq altında olan avadanlıqların diaqnostikasını və yoxlanılmasını həyata keçirir.

İnter Glass MMC

BST MMC İnter Glass MMC yə məxsus zavodun qaz təsərrüfatını təftiş və diaqnostika etmiş lazım olan hissələrin təmirini həyata keçirmişdir.

H.Əliyev adına neft emal zavodu

Müəssisə 2021-2024-cü illərdə bağlanmış müqaviləyə əsasən müəssisənin istehsal sahəsində yerləşən bütün sənaye kompressorlarının təmirini həyata keçirir.

Akkord Hudrotecnikal Construction Company MMC

BST MMC AKKORD Hudrotecnikal Construction Company sifarişi ilə Tovuz rayonunda 132 şagird yerlik elektrik avadanlıqlarının sazlanma və sınaq işlərini, torpaqlama və izolyasiya müqavimətlərinin ölçülməsini həyata keçirmişdir.

Səlyan su suvarma idarəsi

Səlyan su suvarma idarəsində müəssisə diaqnostika işləri aparmışdır.

Sabirabad su suvarma idarəsi

Sabirabad su suvarma idarəsində müəssisə diaqnostika işləri aparmışdır.

Elektrik diaqnostikası

Müəssisə 200-dən artıq yeni qurulmuş və istismarda olan elektrik transfarmatorların, xətlərini və başqa elektrik avadanlıqlarının müqavimətinin ölçülməsinin və izolyasiyasını diaqnostikasını həyata keçirmişdir.

Xətt çəkilişi

Müəssisə 30-a yaxın MMC tərəfindən çəkilmiş xətlərin ultrasəs müayinəsini həyata keçirmişdir.

Yanacaq doldurma stansiyaları

40-a yaxın şəxsi yanacaq doldurma müəssisələrində çənlərin və avadanlıqların diaqnostikası müəssisəmiz tərəfindən aparılmışdır.

Buxar qazanlarının təmiri və diaqnostikası

BST MMC 12 sənaye müəssisədə buxar qazanı quraşdırmış və başqa müəssisələrdə də quraşdırılmış buxar qazanlarının diaqnostikasını və təmirini həyata keçirir.

Azneft İB

Azneft İB-nin tabeliyində olan müəssisələrinin generatorlarının və transfarmotorlarının təmirini həyata keçirmişdir.