Biz Kimik
“BST” MMC öz işlərini çox şaxəli istiqamətlərdə aparır. Bu istiqamətlər sənaye və mülki tikintilər, tikinti quraşdırma, qazlaşma, mexaniki hissələrin təmiri onların diaqnostikası sahələrini əhatə edir. Bu istiqamətlərin hər biri üçün ayrı-ayrılıqda mühəndis və işçi tərkibi fəaliyyət göstərir. Bu sahələrin hər biri ayrı-ayrılıqda xüsusi sahələr olduğu üçün hər birinə ayrılıqda maddi texniki baza yaradılmışdır. Müəssisə işlərini günün tələblərinə uyğun qurması, texnoloji proseslərin texniki cəhətdən düzgün və tam beynəlxalq standartlara uyğun aparılması üçün çox ciddi bir mütəxəssis kollektivi yaratmışdır. Bu isə müəssisənin rəqabətə davamlı olması üçün zəmin yaradır. Bunlara əyani sübut müəssisəmizin Respublikanın ən ciddi Dövlət qurumları ilə iş birliyində olmasıdır. Bütün bunlara görə “ BST” MMC 2006-cı ildən ölkənin tikinti sektorunda öz sözünü demiş və öz dəsti xətti olan bir müəssisədir. Müəssisənin spesifik sahə ilə məşgul olması, bu sahədə fərqli texnoloji proseslərin olması və bu proseslərin təşkil edilməsi üçün işlərin çox sahəli qurulması zəruridir. Bütün bunların qurulması müəssisəmiz tərəfindən təmin edilmişdir. Bu gün müəssisə nəinki təşkil edir hətta ayrı-ayrılıqda bu proseslərin aparılmasını başqa təşkilatlara xidmət kimi təklif edir. Bundan əlavə müəssisə polad boruların , xətt və texnoloji avadanlıq və aksesuarlarının gətirilməsinidə təşkil edir. Bütün bunlarda müəssisənin müstəqil iqtisadi siyasət aparılmasını təmin edir. Müəssisənin Qazaxıstanın , Rusiyanın , Türkiyənin tikinti şirkətləri ilə iş birliyində olması bu gün işlərin fərqli bir statusdan qurulmasına köməklik edir. Bütün bunlar hamısı müəssisənin ciddi və rəqabətə davamlı bir təşkilat olması üçün əsas verir.